247 nəfər KFC-də zəhərləndi - Monqolustanda


Monqolustanın paytaxtı Ulan-Batorda 247 nəfər KFC restoranlarının birində yemək yedikdən sonra zəhərlənib. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, nəticədə 42 nəfər xəstəxanaya yerləşdirilib. Zəhərlənənlərdə ishal, qızdırma və qusma qeydə alınıb. KFC kafesi yerli “Tavan Boqd” şirkətinə məxsusdur. Restoranda ciddi pozuntular aşkarlanıb. Belə ki, içməli suda bakteriyalar, qazlı sularda isə bağırsaq bakteriyaları tapılıb.

DİGƏR XƏBƏRLƏR

Top