
Ötən ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilən və müddəti uzadılan iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 5 min 48 nəfər olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, onlardan 32,1 faizi mədənçıxarma sənayesində, 30,6 faizi tikintidə, 9,9 faizi emal sənayesində, 6 faizi təhsil, 4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və 11,4 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.