Azərbaycan və Çeçenistan arasında görüş


Moskvada "Prezident" oteldə Azərbaycan və Çeçenistan rəsmilərinin görüşü baş tutub. 

Yeniavaz.com baku.ws istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Çeçenistan Respublikasının başçısı Ramzan Kadıronun köməkçisi Adam Delimxanov, Çeçenistan Respublikasının Moskvadakı daimi nümayəndəsi Taymazxanov Bekxan, Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov və digərləri iştirak edir.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. Təqribən, 70-100 nəfərin iştirak etdiyi insident zamanı ölən və xəsarət alanlar olub.

DİGƏR XƏBƏRLƏR

Top