İstismara qəbul edilən binalarda - MƏNZİLLƏR BAHALAŞACAQ


Bakı şəhərində yeni tikililərin istismara qəbulu və onların bütün kommunal xidmətlərlə təmin edilməsi həmin binalarda şəraitin qaydaya düşməsi və mənzillərin qiymətinin artması ilə nəticələnəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə fed.az-a «VECON» qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib. Onun sözlərinə görə, istismara verilən binaların qiymətində yerindən və səviyyəsindən asılı olaraq 5-10% artım ola bilər: «Məsələn, «Həzi Aslanov» metrosu ətrafında istismara verilən binalarda mənzillərin kvadratmetri 1200 manat olduğu halda, istismara verilməyən binalarda mənzillərin kvadratmetri bundan təqribən 100 manat aşağıdır.

V.Oruc bildirib ki, binaların istismara verilməsi prosesinin sürətlənməsi haqqında fərman Bakının mənzil bazarının genişlənməsinə, alqı-satqıların artmasına və ümumilikdə daşınmaz əmlak bazarının canlanmasına səbəb olacaq: «Bu qərar mənzil almaq istəyənlərin seçiminin artmasına və qiymətlərdəki xaotikliyin qarşısının alınmasına da imkan verəcək».

DİGƏR XƏBƏRLƏR

Top