"Kreditlərin qaytarılmasında çətinliklər var" - Deputat


“10 milyonluq Azərbaycanın əhalisinin 7 milyonunu əhatə edəcək bir qərarın verilməsi təbii ki, alqışlanmalıdır”.

Deputat Çingiz Qənizadə bu fikirləri Milli Məclisdə, “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik sənədinin müzakirəsi zamanı söylədi. O, qanuna dəyişikliyi yüksək dəyərləndirdi: “Təkcə əmanətçilərin deyil, həm də bankların maraqlarına uyğun bir qərarın verilməsi yüksək qiymətləndirilməlidir”.

Ç.Qənizadə dedi ki, Azərbaycanda prezident əmanətlərin tam sığortalanması barədə qərar verdi, bu da çox ciddi addımdır.

Ç.Qənizadə ardınca banklara da çağırış etdi: “Banklarda vətəndaşlara veriləcək kreditlərin faiz dərəcələrinə də nəzər salınmalıdır. Çünki kreditlərin qaytarılmasında çətinliklər var. Çox arzu edirəm ki, yaxın zamanlarda vətəndaşlara veriləcək kreditlərin faiz dərəcələri xeyli aşağı salınsın”.(musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top