Azərbaycanda 116 milyon manatlıq təbii qaz havaya uçub


2018-ci ildə ölkədə əmtəəlik təbii qaz ehtiyatları 23,2 milyard kub metr olub.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, onun 82,5 faizi hasilatın, 9,8 faizi ilin əvvəlinə mövcud olan ehtiyatın, 7,7 faizi isə idxalın hesabına formalaşıb. Ehtiyatların 45,1 faizi ölkə daxilində istehlak edilib, 42,5 faizi ixrac olunub, 2,5 faizi itkiyə gedib, 9,9 faizi 2019-cu ilin yanvarın 1-i vəziyyətinə ehtiyat kimi qalıb.
Açıqlanan məlumatdan belə görünür ki, itkiyə gedən təbii qazın miqdarı 580 milyon kub metr olub. Bunu təbii qazın daxili bazardakı qiymətilə (limitdən - 1700 kub metrdən artıq olduqda 20 qəpik) hesablasaq, o zaman itkiyə gedən qazın dəyəri 116 milyon manata bərabər olacaq.

DİGƏR XƏBƏRLƏR

Top