Yaponiyanın məşhur avtokonserni Türkiyə və İngiltərədə fabriklərini bağlayır


Yaponiyanın məşhur avtomobil şirkəti “Honda” 2021-ci ilədək İngiltərə və Türkiyədəki fabrikalarında istehsalını dayandıracaq.
Yeniavaz.com “Sözcü” qəzetinə istinadla xəbər verir ki, “Honda” istehsal şəbəkəsində struktur dəyişikliyi çərçivəsində bu addımı atıb. Bununla belə, şirkət hər iki ölkədə iştirakını davam etdirəcək. “Honda”nın İngiltərədəki fabrikində təxminən 3500 işçi var və fabrik illik təxminən 150 min ədəd avtomobil istehsal edir. Bu avtomobillər “Civic HB” və CR-V modelləridir. “Honda”nın Türkiyədəki fabrikində isə “Civic Sedan” modeli istehsal edilir. İllik 38 min ədəd avtomobil istehsal edən bu fabrikdə isə 770 nəfər işləyir. Şirkət Türkiyədəki istehsalına 1997-ci ildə başlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top