ABŞ-ın Florida ştatında 11 yaşlı məktəbli dövlət atributları olan bayraq və himnə hörmətsizlik etdiyi üçün həbs olunub.
Yeniavaz.com “İndependent”- istinadla xəbər verir ki, 11 yaşlı uşaq himn oxunan zaman ayağa qalxmayıb və bayrağa salam verməyib. O, buna məcbur olmadığını, himnin irqçiliyi təbliğ etdiyini bildirib.
Müəllimi ona “bəyənmirsənsə çıx get” dediyi üçün məktəbli müəllimini döyməklə hədələyib. Sonra məktəbə polis çağırılıb və uşaq həbs olunub.