
Rusiya Dövlət Dumasının plenar iclasda qəbul etdiyi qanuna əsasən, hərbçilər özləri və xidmət yoldaşları haqqında məlumatı, eləcə də onların aid olduğu qurumu, hərbi hissəni müəyyənləşdirməyə, yaxud xidmətin keçildiyi yeri üzə çıxarmağa imkan verən informasiyanı KİV-ə ötürməyi və internetdə dərc etməyi qadağan edir.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni normalar qüvvəyə mindikdən sonra hərbi toplanışlara çağırıılmış vətəndaşlara da şamil ediləcək. Mətnin yeni redaktəsinə əsasən, hərbçilərə xidmətdə olarkən üzərlərində internetin köməkliyi ilə audio, foto, video-materiallar və geolokasiya məlumatlarını yaymağa imkan verən məişət xarakterləri texniki vasitələr və elektron cihazlar daşımaq qadağan edilir. Söhbət, məsələn, telefonlardan, planşetlərdən, naviqatorlardan, video-qeydiyyatdan, xarici daşıyıcı informasiyalardan gedir.