ABŞ-da həmvətənimizi güllələyən qatil tutuldu - VİDEO


Ötən ayın 14-də ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində qətlə yetirilmiş həmvətənimiz Elçin Xəlilovun qətlində şübhəli bilinən qatil yaxalanıb. Bu barədə mətbuata Şarlotta polisi məlumat verib.

Məlumatda bildirilir ki, Tayron Lamark Miller adlı bu adam dünən Texas ştatının Dallas şəhərində həbs olunub. 

Onun son beş ildə ABŞ-da yaşayan Elçin Xəlilovu işlətdiyi mağazada güllələdiyi məlum olub. 


Cinayətin baş verdiyi ərəfəni göstərən videoda görünür ki, başlıqlı və hər qoluna "love" yazılmış gödəkçə geymiş Miller Şimali Şaron-Rouddakı "FixEr" elektronika mağazasına gedir.  

Qeyd edək ki, Elçin Xəlilov Şarlottada mobil telefonların təmiri və satışı ilə məşğul  olub. Bir neçə il öncə vətəni qazanc dalınca tərk edib, ABŞ-a köçmüşdü. O, Sumqayıtda 3 saylı orta məktəbi bitirib, İnşaat və Memarlıq Universitetinin məzunu olub.

(musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top