Piyadanı vurub qaçan sürücü saxlanıldı


Fevralın 17-də 23:00 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində qəza törədərək, hadisə yerindən qaçmış sürücü saxlanılıb. 

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəsəbə sakini N.Şahverdiyeva yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub, nəticədə ölüb.

Yol-nəqliyyat hadisəsinin “Niva” markalı avtomobillə törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Qızıldaş qəsəbə sakini V.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır. 

DİGƏR XƏBƏRLƏR

Top