
Hindistan Silahlı Qüvvələrinin “Surya Kiran” adlı aviasiya pilotaj qruöunun iki təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, hadisə Banqalor şəhərindəki Yelaxanka aviabazası ərazisində baş verib. Hər iki təyyarənin pilotu sağ-salamat katapult edə bilib, onların həyatı üçün heç bir təhlükə yoxdur. İnsident “AeroIndia-2019” aviasalonuna hazırlıq zamanı qeydə alınıb. Aviasalon fevralın 2024-də Hindistanın aviabazasında keçiriləcək. Şahidlərin sözlərinə görə, qəzaya səbəb təyyarələrin havada qarşı-qarşıya toqquşması olub.
#WATCH Two aircraft of the Surya Kiran Aerobatics Team crash at the Yelahanka airbase in Bengaluru, during rehearsal for #AeroIndia2019. More details awaited. pic.twitter.com/kX0V5O0n6R
— ANI (@ANI) 19 Şubat 2019