"Arzu edirəm ki, Bakıya da güclü qar yağsın" - Deputat Ağacan Abıyev


Milli Məclisin İntizam komissiyasının sədri, 81 yaşlı deputat Ağacan Abıyev uzun müddətdən sonra Bakıya qarın yağmasından danışıb. Yeniavaz.com xəbər verir ki, Ağacan Abıyev demokrat.az-a açıqlamasında bildirib ki, Bakıya qarın yağması uçaqlar tərəfindən sevinclə qarşılanır: "Nəvələrim və nəticələrim gözlərini açandan kitab oxuyurlar. Hər zaman arzu edirlər ki, Bakıya qar yağsın, onlar da gedib qartopu oynasınlar. Uşaqdırlar da, belə də olmalıdır. Biz də uşaq olanda onlar kimi olmuşuq. Uşaqlar hər zaman qar görəndə sevinirlər. Hazırda 3 nəvəm, 2 nəticəm var. Qar yağanda bir baba kimi mən də sevinirəm. İndiyədək uşaqlar görürdülər ki, Bakıya qar yağmır, küçədə qar yoxdur, onlar da bizdən qartopu oynamağı tələb etmirdilər. Ona görə də mən indiyədək nəvə və nəticələrimi qartopu oynamağa aparmaqdan azad olmuşam. Hamı arzu edir ki, güclü qar yağsın, ancaq hələ elə qar yoxdur".


Deputat qarın yağmasının insanlar üçün sağlamlıq baxımından da faydalı olduğunu söyləyib: "Qarın yağması, şaxtanın olması faydalıdır. Bu həm də təbiətin insanlara verdiyi bəxşişdir. Çünki şaxta olanda, qar yağanda bütün mikroblar məhv olur. Arzu edirəm ki, Bakıya da güclü qar yağsın, şaxta olsun, insanlar sağlam həyat sürsünlər. Şaxta olanda qrip və digər bu kimi xəstəliklər də məhv olur".

DİGƏR XƏBƏRLƏR

Top