Bakıda qəribə oğurluq: 7 min manatlıq süni saçı oğurladı


Bakı şəhəri, Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən yanvarın 26-na keçən gecə 8000 manat pul və 7000 manat dəyərində süni saçların oğurlanması barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

DİGƏR XƏBƏRLƏR

Top