Mingəçevirdəki vəziyyətlə bağlı - “Azərişıq”dan açıqlama


Mingəçevir şəhərində elektrik enerjisinin verilməsində problem yaranması ilə bağlı yayılan məlumatlara rəsmi qurum münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qafqazinfo-ya açıqlamasında bildirib ki, Mingəçevir şəhərinin 99 faiz hissəsində elektrik enerjisinin verilməsində problem yaşanmayıb: 

“Sadəcə hava şəraiti ilə əlaqədar qabaqlayıcı tədbirlər görülməsi üçün 15-ci xətdə budaqlanma işləri aparılıb. Buna görə də şəhərətrafı qəsəbələrdə elektrik enerjisinin verilməsində müəyyən vaxt ərzində fasilə yaranıb. Daha sonra təmir işləri başa çatdırılıb və hazırda şəhər 100 faiz enerji ilə təmin olunur”.

DİGƏR XƏBƏRLƏR

Top