Azərbaycanlılarla çeçenlər arasında davanın YENİ TƏFƏRRÜATI


Moskvada “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında dava etnik xarakter daşımayıb və sosial şəbəkələrdə şəxsi mübahisə səbəbindən alovlanıb.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, insan ölümünə gətirib çıxaran davanın bəzi təfərrüatları məlum olub.
Belə ki, insidentdən əvvəl Əlixan adlı çeçen millətindən olan dağıstanlı Qərib Orucovun “briqadasından” olan azərbaycanlılarla söyüşə başlayıb. Azərbaycanlılar onu görüşə çağıraraq döyüblər. Əlixanın şüur pozğunluğundan əziyyət çəkdiyi iddia edilir.
Ardından Əlixanın üzr istəməsinin yer aldığı video sosial şəbəkədə paylaşılıb. Bu hadisə çeçen istifadəçilərinin hiddətinə səbəb olub. Xəsarət alanı müdafiə etmək üçün paytaxta müxtəlif regionlardan çeçenlər gəliblər. Onların əksəri döyüş idman növləri ilə məşğul olurlar.
Tərəflər arasında görüş fevralın 14-də kafedə təyin edilir. Çeçenlərdən ibarət qrup zala daxil olaraq əks tərəfi söhbətə çağırıb. Q.Orucov və yoldaşları çağırışı qəbul ediblər. Küçəyə çıxanda isə görüblər ki, say üstünlüyü çeçenlərin tərəfindədir.
Başlayan dava tezliklər çeçenlərin qələbəsi ilə yekunlaşıb. Q. Orucovun özü isə maşınla hadisə yerindən qaça bilib. Lakin onun olduğu avtomobilin marşrutu çeçelərə məlum olub. Çeçenlər Q. Orucova çataraq kürəyindən güllələyiblər.

DİGƏR XƏBƏRLƏR

Top