Türkiyə parlamentinə müvəqqəti sədr təyin edildi


Türkiyə parlamenti sədrinin səlahiyyətlərini müvəqqəti olaraq Milliyyətçi Hərəkat Partiyasından olan deputat Cəlal Adan icra edəcək.

Türkiyə Böyük Millət Məclisinin istefa vermiş sədri Binəli Yıldırım fevralın 19-da səlahiyyətlərini C.Adana təhvil verib. 

Bununla bağlı keçirilən tədbirdə B.Yıldırım deyib ki, məclisə yeni sədr seçiləndək C.Adan sədr səlahiyyətlərini yerinə yetirəcək. Fevralın 24-də isə Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçiləcək. 

Qeyd edək ki, C.Adan 1951-ci ildə Türkiyənin Ağrı əyalətində anadan olub.

Xatırladaq ki, fevralın 18-də İstanbul Böyük Bələdiyyəsi sədrliyinə namizəd olduğu üçün Binəli Yıldırım tutduğu vəzifədən istefa verib.(report)

DİGƏR XƏBƏRLƏR

Top