16 ştat Trampı məhkəməyə verdi


ABŞ-ın 16 ştatının rəhbərliyindən ibarət koalisiya (başda Kaliforniya ştatı olmaqla - red.) Meksika divarının maliyyələşməsi məqsədilə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edən prezident Donald Trampı məhkəməyə verib. Kollektiv şikayət ərizəsi Kaliforniya ştatının Northern District məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Ağ Ev rəhbəri hələ prezident seçilməzdən əvvəl vəd etdiyi Meksika divarının inşası üçün ona əngəl olan Konqresin öhdəsindən gəlmək məqsədilə Birləşmiş Ştatlar ərazisində fövqəladə vəziyyət elan edib.

Trampın bu addımla səlahiyyətlərini aşdığını iddia edən demokratlar hər vəchlə onun ləğvinə nail olmağa çalışacaqlarını bildirib.

Kaliforniyanın baş prokuroru Xavyer Bekkera prezidentin vəzifəsindən sui-istifadə etməsinə əngəl olmaq üçün Trampı məhkəməyə verdiklərini açıqlayıb.

“Vergi ödəyicilərindən yığılmış və Konqresin qanuni şəkildə ştatların əhalisi üçün ayırdığı  vəsaitdən özbaşına istifadəsini dayandırmaq üçün prezident Trampı məhkəməyə veririk”, - deyə Bekkera bildirib.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top