Binəli Yıldırım istefa verdi


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri, millət vəkili Binəli Yıldırım parlamentə istefa ərizəsini təqdim edib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yıldırım istefası barədə deputatlara özü məlumat verib.

Sədr Parlamentin 27-ci çağırış deputatları ilə bir araya gələrək martda baş tutacaq bələdiyyə seçkilərində iştirak edəcəyi üçün istefa verdiyini açıqlayıb: "Sabah saat 09:00-da yeni sədr seçilənədək səlahiyyətlərimi millət vəkili cənab Celal Aydına həvalə edirəm. Parlamentar sistemin son baş naziri, Prezident Respublikası sisteminin ilk Parlament spikeri və Bələdiyyə sədri postuna namizəd olan ilk Parlament sədriyəm. Gördüyünüz kimi ilklər və sonlar arasında dolanıb dururuq”.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-i keçiriləcək. Binəli Yıldırım iqtidar partiyası AKP-nin İstanbul bələdiyyəsi sədri postuna namizədidir.

DİGƏR XƏBƏRLƏR

Top