Rusiyanın Volqoqrad şəhərində 23 yaşlı azərbaycanlı samboçu Ruslan İsayev 19 yaşlı Aleksandr Babareviçi başına vurduğu bir zərbə ilə qətlə yetirib.
Yeniavaz.com Rusiya KİV-nə istinadən xəbər verir ki, fevralın 16-da “Loft” gecə klubunda Ruslanın qardaşı ilə Aleksandr arasında mübahisə yaşanıb. Şifahi şəkildə başlayan mübahisə daha sonra daha da qızışıb. Ruslan Aleksandrın baş nahiyəsinə bir zərbə endirib və 19 yaşlı gənc asfalta yıxılaraq həyatını itirib. İstintaq komitəsinə ifadə verən Ruslan mərhumun onun qardaşını söydüyünü iddia edib. Aleksandrın ailəsi isə həmin gecə onun həmin gecə klubundan olmadığını, mübahisə yarandıqdan sonra dostu tərəfindən ora çağırıldığını bildiriblər.
Məhkəmə Ruslan Rəsul oğlu İsayevin 16 aprelə kimi təcridxana saxlanılması barədə qərar verib.