Koçaryanın oğlunun ölkədən çıxışına qadağa qoyuldu


Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın böyük oğlu Sedrak çirkli pulların yuyulması və vergidən yayınmada ittiham olunur.

Bu barədə Sedrak Koçaryanın özü etiraf edib. O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qaldırılmış ittihamların təsdiqini tapdığını halda həbs edilə biləcəyini istisna etmədiyini söyləyib.

Eks-prezidentin oğlunun ölkədən çıxışına qadağa qoyulub. 

Qeyd edək ki, R. Koçaryan barəsində 1 mart 2008-ci il hadisələrinə görə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top