Əcnəbilər Türkiyədən nə qədər ev alıblar? - Ev alan azərbaycanlıların sayı artıb


Bu ilin ilk ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 95 mənzil satın alıblar. Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2018-ci ilin yanvar ayında azərbaycanlılar Türkiyədən builkindən 30 mənzil az - 65 mənzil satın alıblar.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk ayı ərzində Türkiyədən ümumilikdə 3 min 200 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 82% və ya 1440 mənzil çox olub. Yanvar ayında Türkiyədə ev alan əcnəbilər arasında İraq, İran, Rusiya, Əfqanıstan, İordaniya, Küveyt, Almaniya, Səudiyyə Ərəbistanı, Fələstin, Yəmən, Azərbaycan və Misir vətəndaşları üstünlük təşkil edib. Belə ki, bu ilin yanvar ayında İraq vətəndaşları Türkiyədən 605, İran vətəndaşları 305, Rusiya vətəndaşları 195, Əfqanıstan vətəndaşları 191, İordaniya vətəndaşları 151, Küveyt vətəndaşları 130, Almaniya vətəndaşları 119, Səudiyyə Ərəbistanı vətəndaşları 108, Fələstin vətəndaşları 103, Yəmən vətəndaşları 97 mənzil alıblar.
Yanvar ayında isə xarici ölkə vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı bu cür olub:
ÖLKƏLƏR YANVAR, 2018 YANVAR, 2019
İraq 272 605
İran 83 305
Rusiya 121 195
Əfqanıstan 124 191
İordaniya 84 151
Küveyt 108 130
Almaniya 89 119
S.Ərəbistanı 160 108
Fələstin 32 95
Yəmən 50 97
AZƏRBAYCAN 65 95
Misir 62 83
İngiltərə 55 76
 
 

DİGƏR XƏBƏRLƏR

Top