Putin Ərdoğana etibar edir? - Peskov açıqladı

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana çox etibar edir.
Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskovun sözlərinə görə, onlar bir-birini çox yaxşı başa düşürlər: “Münasibətlərimizdə iki ciddi böhran olub, şükür, onları geridə qoyduq. Onların fəsadları münasibətlərimiz üçün ölümcül ola bilər. Fikrimcə, Putin və Ərdoğan siyasi iradə göstərdiklərinə görə bundan qaça bildilər. Hər iki ölkə həmin böhranları aşmaq üçün zəruri olan hər şeyi etdi”.

DİGƏR XƏBƏRLƏR

Top