Anar: “İbrahimbəyov məni də dəvət edib, getmişəm”


“Rüstəm İbrahimbəyov illərdir ki, mənim dostumdur, görkəmli yazıçıdır, yubileyini qeyd edib, məni də dəvət edib, getmişəm, təbrik etmişəm, sağlığına tost demişəm". 

Yeniavaz.com xəbər verir ki, bu sözləri Bizimyol.İnfo-ya AYB sədri sədri Anar Rzayev dünən Bakıda İbrahimbəyovun şərəfinə təşkil olunan məclislə bağlı suala cavab verərkən deyib.

Anar qeyd edib ki, İbrahimbəyov  sözügedən tədbirə şəxsən onu dəvət edib:

"Bakıya gəlmişdi mənə zəng etdi ki, yubileyimi qeyd edəcəm, məni də dəvət etdi, getdim. Bura necə gəlib, başqa hansı işlərlə bağlı gəlib, mən bilmirəm. Orda başqa şəxslərdə iştirak edirdi.”

R. İbrahimbəyovun dünənki yubileydə siyasətdən getdiyini açıqlaması ilə bağlı yayılan iddialara Anar belə cavab verib:

“Mən orda olanda bu barədə söhbət olmayıb. Ola bilər məndən qabaq bu barədə danışıb, mən bilmirəm. Orda siyasətlə bağlı söbət olmayıb, sadəcə sənətdən danışılıb. Bunlar sizi niyə maraqlandırır? Bu barədə onun özündən soruşun. Bura necə gəldiyini, nə üçün gəldiyini, mən hardan bilim…”.

DİGƏR XƏBƏRLƏR

Top