
Bu ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə ən çox xam neft ixrac olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 1 milyard 18 milyon dollar dəyərində 2,4 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 79,6%-ni təşkil edib.
Xam neftdən sonra xarici ölkələrə ən çox təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 101,4 milyon dollar təşkil edib. Təbii qazla bərabər xarici ölkələrə neft məhsulları da ixrac edilib ki, onu da dəyəri 19,9 milyon dollara bərabər olub.
İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir.
2019-cu ilin ilk ayı ərzində xarici ölkələrə 43,4 milyon dollar dəyərində meyvə-tərəvəz, 6,9 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 11,6 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 3,2 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 980,6 min dollarlıq şəkər, 6,7 milyon dollarlıq kimya sinayesi məhsulları 11,1 milyon dollarlıq elektrik enerjisi, 859,4 milyon dollarlıq pambıq iplik satılıb.
Onu da qeyd edək ki, bu ilin yanvar ayında pampıq ipliklə bərabər pambıq lifi də əsas ixrac məhsulları arasına daxil olub. Bu ilin ilk ayı ərzində xarici ölkələrə 11,9 milyon dollar dəyərində pambıq lifi ixrac edilib.