Bakıda 83 nömrəli avtobus qəza törətdi - VİDEO


Avtobus sürücüsünün səhlənkarlığı nəticəsində qəza baş verib.

Yeniavaz.com xəbər verir ki, qəza İnqilab və Cəlil Məmmədquluzadə küçələrinin yol ayrıcı kəsişməsində baş verib.
Hadisə şahidlərinin yeniavaz.com-a verdiyi məlumata görə, qəza, 83 nömrəli, dövlət qeydiyyat nişanı 90 VX 692 olan sərnişin avtobusunun sürücüsünün səhlənkarlığı nəticəsində, Opel markalı 90 GP 349 nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Qəzaya səbəb avtobus sürücüsünün hərəkət zamanı yol hərəkəti qaydalarını pozaraq mobil telefondan istifadə etməsi olub.
Nəticədə, qırmızı işıqda keçərək qəzaya səbəb olub.
Qeyd edək ki, şahidlər avtobus sürücüsünün qəza anına qədər bir neçə dəfə də qəza şəraiti yaratdığını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top