Ötən ay ərzində Azərbaycanın digər ölkələrlə apardığı ticarət əməliyyatlarının həcmi 2 milyard 302 milyon 364 min dollar olub.
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2017-ci ilin yanvar ayı ilə müqayisədə 33,3% və ya 575 milyon dollar artıb.
İdxal əməliyyatları üzrə 1 milyard 22,7 milyon dollar, ixrac əməliyyatları üzrə 1 milyard 279,6 milyon dollar ticarət həcmi qeydə alınıb. 2017-ci ilin yanvar ayı ilə müqayisədə idxalın həcmi dəyər ifadəsində 48,5% və ya 334,1 milyon dollar, idxalın həcmi isə 23,2% və ya 240,9 milyon dollar artıb artıb.
2018-ci ildə ticarət dövriyyəsində 256,9 milyard dollarlıq müsbət saldo yaranıb.