Suriya Prezidenti Bəşər Əsəd, ABŞ-ın qoşunlarını çıxarmasını xatırladaraq Azad Suriya Qüvvələrinə müraciət edib.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, Əsəd müraciətində belə deyib: “ABŞ qoşunları çıxdıqdan sonra sizi Türkiyədən qoruya biməyəcək. Buradan çıxdıqdan sonra isə Amerika sizi hər an sata bilər. Sizi öz dövlətinizdən başqa heç kim qorumayacaq. Əgər öz ölkənizi qorumasanız qısa zamanda Osmanlının quluna çevriləcəksiniz”.
Özəyini kürd silahlı birləşməsi Xalqı Müdafiə Dəstələrinin təşkil etdiyi Azad Suriya Qüvvələri İŞİD-lə mübarizə zamanı Amerikadan dəstək alırdı.
Amerikanın “dostumuz” adlandırdığı Azad Suriya Qüvvələrini isə Türkiyə terror qruplaşması kimi tanıyır və bu yaxınlarda onların məskunlaşdığı əraziyə quru qoşunlarını göndərməyi planlaşdırır.
Bəşər Əsəd həmçinin Suriyanın hər qarışının azad ediləcəyini də vurğulayıb.