Ermənistan Rusiyadan 12 qırıcı almağı planlaşdırır


Ermənistan 2019-cu ilin sonun, 2020-ci ilin əvvəlində Rusiyadan 4 ədəd “Su-30SM” qırıcı təyyarəsi almağı planlaşdırır.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan “IDEX-2019” silah sərgisi zamanı deyib.
Onun sözlərinə görə, İrəvan ümumilikdə 12 belə təyyarə almaq istəyir: “Biz “Su-30SM” qırıcılarının növbəti tədarükü haqqında danışıqları davam etdiririk. Hər şey həmin məhsulun nə qədərə tez hazır ola biləcəyindən asılıdır. Qırıcıların ilk partiyasını bu il, maksimum isə gələn ilin əvvəlində almağı planlaşdırırıq”.

DİGƏR XƏBƏRLƏR

Top