Bakının bu küçələrində təmir işləri aparılır


Xətai rayonunun 2 əsas küçəsi yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yeniavaz.com-a verilən olan məlumata görə, artıq Neapol və Səməd bəy Mehmandarov küçələrində yenidənqurma işlərinə start verilib.

Aparılan işlər çərçivəsində Neapol küçəsinin köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.

Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Anoloji işlər Səməd bəy Mehmandarov küçəsində də aparılır.

DİGƏR XƏBƏRLƏR

Top