Goranboyda canavarlar sürüyə hücum edib


Goranboyun Eyvazlılar kəndində qoyun sürüsünə canavarlar hücum edib. Yeniavaz.com xəbər verir ki, kənd sakini Kamil Əhmədov özünə və kənd sakinlərinə məxsus qoyunları otaran zaman 5 canavar xırdabuynuzlulara hücum edib. Kənd sakini canavarları uzaqlaşdırmağa çalışıb və sürünü kəndə qaytarıb. Məlum olub ki, canavarlar 5 qoyunu aparıb. 
Eyvazlılar sakinləri canvarların otlaq sahələrində tez-tez göründüyünü, onların insanlara belə məhəl qoymadığını deyirlər.
Canavarlar həmçinin qonşu kənd olan Bolusluda fermalardan birinə hücum edərək təsərrüfata ziyan vurub. Sakinlər vəhşi heyvanların daha böyük fəsadlar törədə biləcəklərindən ehtiyatlanırlar. 

DİGƏR XƏBƏRLƏR

Top