
Rusiyanın "Qazprombank"ı Venesuela dövlət neft şirkətinin (PDVSA) hesablarını dondurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Qazprombank"ın adını açıqlanmayan rəsmisi "Reuters"a məlumat verib. PDVSA-nın hesablarının dondurulması ilə yanaşı ABŞ sanksiyalarının hədəfi olmamaq artıq bu şirkətlə iş görülməyəcəyi də iddia olunur.
"Qazprombank" isə "Reuters"un məsələ ilə bağlı sorğusuna heç bir cavab verməyib.
Tətbiqimizi yükləyə bilərsiniz