Zəlimxan Hüseynov: "Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş vermiş insident təxribatdır"


Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş vermiş insident təxribatdır. Bunu üzrə Azərbaycan yığmasının böyük məşqçisi, çeçen əsilli Zəlimxan Hüseynov bildirib. O, hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağıraraq deyib: "Hörmətli qardaşlar, bu cür təxribatlara uymayın. Çünki bu hərəkətlər İslamın bütün normalarına ziddir. Mən Azərbaycanda sərbəst güləş üzrə millinin böyük məşqçisiyəm. Hər kəsi bir-birinə hörmət, səbr və qarşılıqlı anlayış göstərməyə çağırıram". Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində münaqişə olub. Hadisə yerinə gələn polis əməkdaşları 18 nəfəri saxlayıb. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top