Bu rayonda çayın daşması nəticəsində həyətlər və qəbiristanlıq su altında qalıb


Cəlilabad rayonunda ötən gün yağan intensiv yağış çayın daşmasına səbəb olub. Yeniavaz.com report-a istinadən xəbər verir ki, təbiət hadisəsi rayonun Sabirabad kəndində baş verib. Belə ki, axşam saatlarında kənd yaxınlığından keçən Qarayar çayı məcrasından çıxaraq ətraf ərazilərdə olan evlərin həyət və zirzəmisini basıb. Çay suları həyətyanı təssərüfata da ziyan vurub, həmçinin kənd qəbiristanlığı da su altında qalıb. Hazırda təbiət hadisənin nəticələri aradan qaldırılır və əraziyə texnikalar cəlb edilib. Qeyd edək ki, əvvələr də intensiv yağıntılar zamanı bu çay dəfələrlə daşıb.

DİGƏR XƏBƏRLƏR

Top