Rusiyada qarajı olmayanın maşın almasına qadağa qoyula bilər

 
Rusiya Dövlət Duması sərəncamında qaraj və ya parklama yeri olmayan vətəndaşlar üçün avtomobillərin alışını məhdudlaşdırmaq haqqında təşəbbüsü nəzərdən keçirir.  Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, təşəbbüs Dövlət Dumasına regionlardan daxil olub.
 
Regional hakimiyyətlərin müşahidələrinə əsasən, yaşayış həyətləri və uşaq meydançaları kütləvi parklama dayanacaqlarına çevrilirlər. Bəzi regional deputatlar avtomobil sürücüləri və piyadalar arasında çoxsaylı münaqişələrin olduğunu qeyd edirlər.
 
Dövlət Dumasının Nəqliyyat və tikinti komitəsinin üzvü Aleksandr Starovoyto təsdiq edib ki, problem həqiqətən də mövcuddur. Onun fikrincə, problemin həlli ciddi iqtisadi səylər tələb edir: “İndiki halda rusiyalıları öz avtomobilləri üçün parklama yerləri almağa və ya icarəyə götürməyə məcbur edə bilmərik. Digər tərəfdən, parklama yerləri hamı üçün çatmır, buna görə də infrastrukturu təkmilləşdirməliyik”. 

DİGƏR XƏBƏRLƏR

Top