ABŞ Suriyadan çıxdıqdan sonra boşluğu bu ölkələrin doldurmasını istəyir

 
ABŞ müttəfiqlərini Amerika qoşunlarının Suriyadan çıxarılmasından sonra orada iştirakını genişləndirməyə çağırır. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens Münhen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərə deyib.
 
O bildirib: “Biz əsgərlərimizi evə qaytarmaq istəyirik. Buna görə də regionda təhlükəsizliyi təmin etmək və İŞİD və digər ekstremist təşkilatların güclənməsinin qarşısını almaq üçün biz digər ölkələri qoşulmağa və zəruri resurs, dəstək və personal verməyə çağırırıq”. M. Pens qeyd edib ki, ABŞ-ın müttəfiqləri üzərlərinə daha çox məsuliyyət götürməlidirlər. 

DİGƏR XƏBƏRLƏR

Top