Avtomobillərə qənim kəsilən şəxs tutuldu - FOTO


Abşeron rayonu ərazisində avtomobilləri yaran şəxs tutulub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobu-Hökməli ərazilərində 10-a yaxın avtomobilin yan şüşəsini qıraraq oğurluq edən Ruhəddin Novruzov saxlanılıb.

O, ilkin ifadəsi zamanı müxtəlif vaxtlarda vətəndaşalara məxsus maşınları yardığını, ikisindən isə pul götürərək, oğurluq etdiyini boynuna alıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

(report)

DİGƏR XƏBƏRLƏR

Top