“Neftçi” autsayderlə bacarmadı


Futbol üzrə Azərbaycan çempionatında 17-ci tura start verilib.

Günün ilk qarşılaşmasında “Keşlə” doğma meydanda “Sumqayıt”ı qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

Oyunda hesabı 28-ci dəqiqədə “Keşlə”nin futbolçusu Amil Yunanov açıb. Matçın 73-cü dəqiqəsində Əfran İsmayılov hesabı bərabərləşdirib.

Qarşılaşmanın son dəqiqələrində isə Nikola Mitroviç penalti zərbəsini dəqiq yerinə yetirib və “Keşlə”yə qələbə qazandırıb.


Günün ikinci qarşılşamasında isə lider “Neftçi” səfərdə autsayder “Zirə”nin müqavimətini qıra bilməyib. Matç qolsuz bərabərliklə yekunlaşıb.

“Neftçi”nin xal itirməsindən turnir cədvəlində ikinci pillədə qərarlaşan “Qarabağ” yararlana bilər. “Flaqman”dan bir oyun az keçirən Qurban Qurbanovun yetirmələri liderdən 4 xal geri qalır.

Son çempion bu fərqi minimuma endirmək üçün sabah doğma meydanda “Qəbələ”ni mütləq məğlub etməlidir.

Fevralın 17-də keçiriləcək daha bir qarşılaşma da isə, “Səbail” və “Sabah” komandaları üz-üzə gələcəklər.

DİGƏR XƏBƏRLƏR

Top