Türkiyədə hər 4 gəncdən 1-i işsizdir - RƏSMİ


Türkiyə Statistika İdarəsi ölkədəki işsizlik səviyyəsini açıqlayıb. Yeniavaz.com Statistika İdarəsinin açıqladığı sonuncu göstəricilərə istinadən bildirir ki, ötən ilin dekabr ayının əvvəlində Türkiyədə işizlərin sayı 3 milyon 981 min nəfərə çatıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə işsizlərin sayı 706 min nəfər artıb. Nəticədə ölkədə işsizlik səviyyəsi 12,3%-ə yüksəlib.
Məlumat üçün bildirək ki, işsizlik səviyyəsi 15-24 yaşlı gənclər arasında 23,6% olub. Bu isə o deməkdir ki, Türkiyədə təxminən hər 4 gəncdən biri işsizdir.
İşləyən insanların sayı isə əvvəlki illə müqayisədə 201 min nəfər azalaraq 28 milyon 314 min nəfərə düşüb. İşləyən insanların təxminən 1/3-i isə qeyri-rəsmi olaraq çalışıb.  
 

DİGƏR XƏBƏRLƏR

Top