Hacıqabulda intihar edən kişinin qardaşı: "Maddi heç bir sıxıntısı olmayıb"

Xəbər veridiyimiz kimi Hacıqabul rayonu Kolanı kəndində ər və arvad intihar edib.

Həmin kəndin sakinlərindən olan 1982-ci il təvəllüdlü Sahib Saməddin oğlu Rəsulov və 1985-ci il Əfsanə Ayazəli qızı Mailova özlərini asaraq öldürüblər. İntiharın səbəbi məlum deyil. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri bunun səbəbini sosial problemlə əlaqələndirir. Bəziləri isə övladlarının olmamasına görə boşanmaları ilə əlaqələndirir.

Belə bir ailə faciəsinin yaşanmasının arxasında hansı səbəblərin olmasını aydınlaşdırmaq üçün Yeniavaz.com-un əməkdaşı Hacıqabul rayon Kolanı kəndində olub.

Kolanı kəndi Hacıqabulun 35-km də yerləşir. Yas yerinə çatanda qarşılaşdığımız mənzərə hələ də hadisənin şokunu üstündən ata bilməyən gözü yaşlı ata, qardaşlar, yaxınılar, kənd sakinlərinin dəfinə hazırlığı idi. Hər iki mərhum son mənzillərinə yola salındılar. Kəndə daxil olduqdan sonra yas yerinə gedənə qədər yol boyu sakinlərlə söhbət edib, hadisə ilə bağlı maraqlandıq. Kənd camaatı bildirdilər ki, hər ikisinin intihar edəcəklərini ehtimal belə etmirdilər: "Dünyasını dəyişən hər iki şəxs ər-arvaddı. Övladları olmurdu. Bildiyimiz qədər sosial problemləri yox idi. Sahib Bakıda işləyirdi, fəhləlik edirdi. Sakit ailə idilər. Eşidəndə onların niyə intihar etdiklərinə bir səbəb tapa bilmədik".

Dünyasını dəyişən Sahibin qardaşı Rəvanla söhbət edib, öyrəndik ki, bu ailənin sosial problemləri olmayıb. Rəvan gözü yaşlı halda bildirdi ki, mərhumun maddi heç bir sıxıntısı olmayıb: "Qardaşım içinə qapanıq bir insan idi. Çox danışmazdı. Qardaşım şeytana uydu və intihar elədi. Kaş bunu etməyəydi. Niyə belə elədi mən də bilmirəm”.

Qeyd edək ki, məsələ ilə bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb və araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top