Rusiya 10 il davam edən Əfqanıstan müharibəsinə aid 40 il əvvəlki sənədləri gün üzünə çıxarıb.
Yeniavaz.com CNN-ə istinadla xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi Əfqanıstan müharibəsinin bitməsinin 30-cu ildönümündə arxivdə saxlanılan gizli sənədləri açıb.
Sənədlərdə rus əsgərlərinin həyata keçirdiyi əməliyyatlar, üsyançı qruplaşmalırının ələ keçirilən hərbi bazaları, rus əsgərləri tərəfindən yerli camaatın kənd təsərrüfatı texnikalarının təmir olunması və müharibədən sonra əhaliyə göstərilən yardımlar haqqında geniş məlumatlar yer alıb.
Qeyd edək ki, bu yaxınlarda Rusiyanın Müdafiə Nazirliyi tərəfindən “Leninqrad blokadası”nın götürülməsinin 75 illiyi ilə əlaqədar bəzi sənədlər açılmışdı.