ABŞ generalı: Biz düz etmirik


ABŞ-ın Suriyadan çıxması qərarına hər gün dövlətin bir qurumundan etiraz gəlir. Etirazlara ABŞ Mərkəzi Qoşun komandiri Cozef Votel də qoşulub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərarın müzakirəsinə dəvət olunmamasını gündəmə gətirən Cozef Votel, daha sonra bu qərarın səhv addım olduğunu deyib. O buna səbəb kimi hələ İŞİD-in məğlub edilməməsini göstərib.
Votel ABŞ-dakı televiziyalardan birinə verdiyi müsahibə zamanı belə deyib: “Əgər hərbiçi kimi məndən məsləhət alsalar, mən orduların çıxmasını istəməzdim. İŞİD-in hələ də liderləri, adamları və təminatçıları var. Ona görə də Suriyada qalıb savaşmalı idik”.
Qeyd edək ki, dekabr ayında ABŞ prezidenti Donald Tramp ordunun Suriyadan çıxarılacağı haqqında bəyanat yayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top