Bolton: Venesuelada generallar müxalifətlə gizli danışıqlar aparırlar


Venesuela Silahlı Qüvvələri komandanlığının nümayəndələri dövlət başçısı Nikolas Madurodan gizli olaraq müxalifətlə danışıqlar aparırlar.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
Onun sözlərinə görə, N. Maduronu dəstəkləyən əsas siyasətçilər və generallar müxalifətlə mütəmad danışıqlar aparırlar: “Prezident bunu görmür, bu, açıq-aydın olmur, lakin onlar danışıqlar aparırlar”.
C. Bolton qeyd edib ki, Venesuelada 2 min general var, bu, bütün NATO ölkələrindəki generalların hamısından çoxdur. Məhz buradan korrupsiya doğur”.

DİGƏR XƏBƏRLƏR

Top