Etirazçılar İrəvan-Tiflis dəmir yolunu bağladı


Ermənistanın Alaverdi mis emalı kombinatının işçiləri 15 fevralda yenidən İrəvan-Tiflis dəmir yolunda hərəkəti dayandırıblar.

İki ölkə arasındakı dəmir yolunu kəsən etirazçılar baş nazir, yaxud baş nazir müavini ilə görüş tələb ediblər.

İki gün əvvəl də zavod işçiləri İrəvan-Tiflis dəmir yolunu kəsmişdilər. O zaman aksiyaçılarla Lori vilayətinin polis rəisi və qubernatoru görüşmüşdü. Yalnız görüşdən və verilən vədlərdən sonra yolu açmaq mümkün olmuşdu. Etirazçılara vəd olunmuşdu ki, onlarla görüşə baş nazirin müavini Tiqran Avinyan gələcək. Lakin vədlərə əməl olunmaması növbəti etirazlara rəvac verib.

Qeyd edək ki, ekoloji fəlakətlə əlaqədar olaraq zavodun qapadılmasına qərar verilməsi orada çalışan 600-dən artıq işçinin etirazına səbəb olub.(musavat)

DİGƏR XƏBƏRLƏR

Top