Neftin qiyməti ötən ilin noyabrından bəri ilk dəfə bu həddi keçdi

 
Londonun ICE birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 2,23% bahalaşaraq 66,01 dollar təşkil edib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, sonuncu dəfə bu sort neftin qiyməti 2018-ci il noyabrın 20-də 66 dollar səviyyəsini ötmüşdü. WTI markalı neftin 1 barelinin qiyməti isə 2,32% artaraq 56,06 dollar olub. 

DİGƏR XƏBƏRLƏR

Top