Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq etdi

 
ABŞ Prezidenti Donald Tramp fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqında sənəd imzalayıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Sara Sanders deyib.
 
Amerika lideri Ağ evin həyətində jurnalistlərə sənədin imzalamaq niyyətində olduğunu açıqladığı vaxt S. Sanders “Twitter” sosial şəbəkəsində Prezidentin Oval kabinetdə stol ətrafında şəklini paylaşıb.
 
O yazıb: “Prezident cənub sərhədində humanitar böhran və dövlət təhlükəsizliyinə təhdidlə əlaqədar milli fövqəladə vəziyyət rejimi haqqında bəyannaməni imzalayır”.
 
D.Tramp fövqəladə vəziyyət rejimini tətbiq etdikdən sonra Meksika ilə sərhəddə divarın tikintisi üçün 8 milyar dollaradək vəsait almağa ümid edir.

DİGƏR XƏBƏRLƏR

Top