
Mütləq döyüş çempionatının (UFC) çempionu olan dağıstanlı Həbib Nurməhəmmədov Nevada ştatının Atletik komissiyasının qərarı üzrə bütün cəriməni ödəyib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu idmançının komandasından deyiblər.
Bildirilir ki, cərimənin bütün məbləği Nevada ştatının Atletik komissiyasına daxil olub. H. Nurməhəmmədov vəd etdiyi kimi, həmçinin öz yoldaşlarının cərimələrini (50 min dollar) və vəkilin xidmətlərini (200 min dollar) ödəyib.
Xatırladıq ki, Nevada ştatının Atletik komissiyası yanvarın sonunda H. Nurməhəmmədovu 9 ay müddətinə diskvalifikasiya edib və 500 min dollar məbləğində cərimələyib. O, irlandiyalı Konor Makqreqor ilə UFC çempionu titulu uğrunda döyüşdən sonra davaya görə cərimə və cəzaya məruz qalıb.
Tətbiqimizi yükləyə bilərsiniz