Deputat: "Jurnalist" adı ilə şantaj edib pul tələb edən reketdir


Milli Məclisin deputatı Vahid Əhmədov reketçilik fəaliyyətinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan “Realliq.info” saytının baş redaktoru İkram Rəhimovun həbsinin siyasiləşdirilməsi cəhdlərindən danışıb. 

Yeniavaz.com xəbər verir ki, Vahid Əhmədov Demokrat.az-a açıqlamasında bildirib ki, əgər hər hansı bir insan konkret cinayət əməlinə görə həbs edilirsə, buna "siyasi don" geyindirmək düzgün deyil:

"Kimsə "jurnalist" adı ilə kimisə şantaj edib reketçiliklə məşğul olursa, bu ilk növbədə jurnalistikanın adına xələl gətirir. Bu cür insanlar mütləq öz cəzalarını almalıdır. Mən hər ehtiyacı müqabilində pul istəyən jurnalisti də reket adlandırmıram. Çünki bəzən ele jurnalistlər olur ki, onların doğrudan da maddi vəsaitə ehtiyacları olur. Amma kimsə "jurnalist" adı ilə gəlib şantaj edib pul tələbe dirsə, həmin adamlar reketdir. Ümumiyyətlə, bu cür hərəkətlər jurnalist adına yaraşmır. Yəqin ki, insanların böyük şikayətləri olduğu üçün bu cür adamlara qarşı tədbirlər həyata keçirilir. Reketçiliyin axırı yoxdur. Reketçilik 5-6 ay davam edə bilər, sonda bir gün mütləq özlərini haradasa yandıracaqlar. Mənim jurnalistlərə də tövsiyəm odur ki, öz peşələrinin hörmətini saxlasınlar, bu peşənin adına xələl gəlməsinə imkan verməsinlər. Hər yazı yazan jurnalist ola bilməz. Vaxtilə bizim peşəkar jurnalistlərimiz olub. Onlar həftələrlə, aylarla bir məsələnin dalına düşüb onu araşdırıblar, sonra yazıblar. Mən bir daha söyləyirəm ki, reketçiliklə məşğul olanlar jurnalist deyillər. Reketçiliklə məşğul olanlar mütləq cəzalarını almalıdır".

Deputat Dövlət Təhlükəsizliyi Xidmətinin bu cür reketçilik əməlləri törədənlərə qarşı ciddi tədbirlər görməsini də təqdir edib:

"Çox sevindirici haldır ki, Dövlət Təhlükəsizliyi Xidməti reketçiliyə qarşı çox ciddi əməliyyatlar keçirir, Azərbaycanda sabitliyin və dövlət müstəqilliyinin qorunması işinə mühim töhfələr verir. Bu gün Azərbaycanda sabitlik hökm sürür və bunu qorumaq hər birimizin borcudur".

DİGƏR XƏBƏRLƏR

Top