Əfqanıstandan Sovet qoşunlarının çıxarılmasının 30 illiyi ilə bağlı tədbir keçirilib


Mingəçevirdə Əfqanıstandan Sovet qoşunlarının çıxarılmasının 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Yeniavaz.com xəbər verir ki, əvvəlcə Əfqanıstan müharibəsi veteranları ulu öndərin abidəsi önünə tər çiçələr düzüblər. Daha sonra veteranlar Mingəçevir Şəhidlər xiaybanında şəhidləri ziyarət edib onların ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Mingəçevirdə 120 əfqan veteranı var. 8 əfqan şəhidi, 3 Qarabağ şəhidi, 5 nəfər isə əlil əfqan veteranı var. Daha sonra Mingəçevir Dövlət Dram Teatırında Beynəlmiləlçi döyüşlərdə həmçinin, Azərbaycan Milli Ordusunun yaranmasında xüsusi rolu olmuş Qarabağ uğrunda gedən döyüşlrədə qəhrəmanlıq göstərən Əfqan veteranlarına həsr olunmuş teatırın yaradıcı heyətinin ifasında Respublikanın xalq artisti Ella Yaqubovanının ssenarisi və qurluşu əsasında hazırlanmış "Onların ömür yolu, igidlik salnaməsi” adlı təmaşa kompozisiya nümayiş olunub. Tamaşadan öncə “Azərbaycan Əfqanıstan Veteranları”İB-nin Mingəçevir şöbəsinin sədri Elşən İbrahimli çıxış edərək bir daha o illərə nəzər salmışdır.
Daha sonra Azərbaycan–Əfqanıstan Veteranları Birliyinin sədri Məhəmməd Vəliyev Əfqanıstan veteranlarının ilk dəfə təşkilat kimi formalaşmasında xidmətlərinə görə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rəisi,general–leytenant Arzu Rəhimovun adından fəxri fərmanı təqdim edib.
Yubiley tədbirində çıxış edən başçı bu gün münasibəti ilə veteranları təbrik edib və qeyd edib ki, bu tarixdir ki, 1979-cu ildə o dövrün sovet qoşunları Əfqanıstan ərazisinə daxil olublar: "Təbii ki, həmin vaxt azərbaycanlı gənclərdə o qoşunların tərkibində əməliyyatlarda iştirak etdilər və öz vəzifələrini mərdliklə yerinə yetirdilər. O cümlədən Mingəçevirdən olan gənclərimiz də o döyüşlərdə iştirak edib qəhrəmanlıq nümayiş etdirdilər və 8 nəfəri şəhid oldu. Mən fəxrlə deyə bilərəm ki, sizlər bizim gənclərimizə bu gün də bir örnəksiniz. Hər birinizin qarşısında baş əyirəm”.

Esmira Hidayətova, Mingəçevir
    
 

DİGƏR XƏBƏRLƏR

Top