
Son 10 il ərzində Azərbaycanda bir sıra ərzaq məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunub.
Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, əsas ərzaq məhsullarının böyük əksəriyyətində ciddi qiymət artımı qeydə alınıb. Yalnız bəzi meyvə-tərəvəzin qiymətində dəyişiklik olmayıb. Ucuzlaşma isə təkcə göyərtinin qiymətində müşahidə olunub. 10 il əvvəl 1 dəstəsi 30 qəpiyə satılan göyəri hazırda 20 qəpikdən satılmaqdadır.
Aşağıdakı cədvəldə bir-sıra əsas ərzaq məhsullarının 10 ilə əvvəl - 2010-cu ilin fevral ayında qeydə alınan orta qiymətlərilə 10 il sonra - 2019-cu ilin fevral ayında qeydə alınan orta qiymətlərini təqdim edirik:
Məhsulun
|
Çəkisi |
Qiyməti (manatla) |
|
Fevral
|
Fevral
|
||
| Mal əti | 1 kq | 6 | 11 |
| Qoyun əti | 1 kq | 7 | 12 |
| Toyuq əti | 1 kq | 4 | 4,50 |
| Çörək | 300 qr | 0,30 | 0,40 |
| Duz | 1 kq | 0,30 | 0,40 |
| Çay | 100 qr | 0,80 | 2 |
| Kərə yağı | 1 kq | 5 | 16 |
| Qarğıdalı yağı | 1 litr | 2 | 3,80 |
| Yumurta | 1 ədəd | 0,10 | 0,15 |
| Pendir (brınza) | 1 kq | 5 | 6 |
| Un | 1 kq | 0,35 | 0,60 |
| Qarabaşaq | 1 kq | 0,80 | 1,10 |
| Makaron | 1 kq | 0,60 | 1,20 |
| Vermişel | 1 kq | 0,60 | 1,20 |
| Düyü (yumru) | 1 kq | 1,30 | 1,50 |
| Qatıq | 1 kq | 1,30 | 1,50 |
| Süd | 1 litr | 1,30 | 1,50 |
| Şəkər tozu | 1 kq | 0,85 | 0,95 |
| Qoz (ləpə) | 1 kq | 10 | 17 |
| Fındıq (ləpə) | 1 kq | 7 | 14 |
| Banan | 1 kq | 2,60 | 3,50 |
| Nar | 1 kq | 2,50 | 2,50 |
| Alma | 1 kq | 1,50 | 1,50 |
| Armud | 1 kq | 3 | 3 |
| Mandarin | 1 kq | 2 | 2 |
| Portağal | 1 kq | 2,50 | 2,50 |
| Kartof | 1 kq | 0,70 | 0,90 |
| Soğan | 1 kq | 0,80 | 0,80 |
| Kələm | 1 kq | 0,40 | 0,50 |
| Göyərti | 1 dəst | 0,30 | 0,20 |
| Xiyar | 1 kq | 2 | 3 |
| Pomidor | 1 kq | 3 | 4 |
| Çuğundur | 1 kq | 1 | 1 |
| Kök | 1 kq | 1 | 1 |
Tətbiqimizi yükləyə bilərsiniz